Paltaryuyan maşınların zamanla içəridə yığılan kir, gözümüzlə görmədiyimiz bəzi yerlərdə çirkli suların qalması, nəm paaltarların maşında uzun müddət saxlanması kimi müxtəlif səbəblərdən çirklənir. Maşın düzgün təmizlənmir və bu, bəzən yuduğumuz paltarların pis qoxusuna səbəb ola bilər. Vəziyyət bu qədər ciddiləşməzdən əvvəl tədbir görmək və paltaryuyan maşını təmizləmək öz əlimizdədir. Ancaq təsəvvür etdiyiniz kimi, tərkibində müxtəlif kimyəvi maddələr olan təmizləyici vasitələrdən danışmayacağıq. Paltaryuyan maşını evdə tapılan təbii materiallardan istifadə edərək necə təmizləyəcəyinizi izah edəcəyik.
Əvvəlcə maşının yuyucu və yumşaldıcı hissələrini təmizləmək üçün ağ sirkə və sudan istifadə edin.
Bildiyiniz kimi, paltaryuyan maşının ən çox görünən çirkli hissələrindən biri yuyucu tozunun əlavə edildiyi bölmədir. Maşının içi əslində çox daha çirkli olsa da, ilk gözünüzə çarpan bu yeri təmizləməyə başlamaq faydalı olardı.
Yuyucu tozu qalıqlarının iz qoyduğu bu yeri təmizləmək üçün sizə lazım olan tək şey ağ sirkə və sudur. Böyük supermarketlərdə ağ sirkəni asanlıqla tapıb onu necə tətbiq edəcəyinə keçid edə bilərik.
Materiallar:
1 stəkan ağ sirkə (ağ sirkə tapa bilmirsinizsə, alma və ya üzüm sirkəsindən də istifadə edə bilərsiniz)
1 litr su
Təmizlənmə qaydası:
Əvvəlcə suyu qaynadın və soyuması üçün təxminən 5 dəqiqə gözlədin. Bu qaynar suya ağ sirkəni qarışdırın. Paltaryuyan maşınınızın yuyucu vasitə əlavə edilən hissəsi çıxarıla biləndirsə, onu çıxarın və əvvəlcə təmiz parça və təmiz su ilə təmizləyin, sonra hazırladığınız qarışığa qoyun və 10-15 dəqiqə saxlayın. Nəhayət, yenidən təmiz su ilə yuyun və dəyişdirin.
Paltaryuyan maşınınızın yuyucu vasitə əlavə edilən hissəsi çıxarıla bilməzsə, istifadə edəcəyiniz materialların miqdarını yarıya qədər azalda bilərsiniz. Belə ki, 500 mililitr qaynar suya yarım stəkan ağ sirkə əlavə edib qarışdırın. Sonra bu qarışığı bir sprey şüşəsinə qoyun. Təmiz bir süngər götürün və bu qarışığı çata bildiyiniz bölmənin hər yerinə səpin və sonra süngərlə yaxşıca təmizləyin.
Paltaryuyan maşını təmizləyərkən bu məqamlara da diqqət etməyinizdə fayda var...
Bildiyiniz kimi, paltaryuyan maşın əslində çoxlu müxtəlif hissələrə ibarətdir. Ona görə də nə etsəniz də pis qoxudan xilas ola bilmirsinizsə və yuduğunuz çamaşırların düzgün yuyulmadığını düşünürsünüzsə, Smaqrtservice mütəxəssislərdən dəstək ala bilərsiniz.
Paltaryuyanınızda baş vermiş nasazlıqla bağlı servisimizə müraciət edə və Paltaryuyan servisi xidmətimizdən yararlana bilərsiniz