Kondisioner təmiri
Kondisioner soyutmur, su axıdır, pis qoxu verir və ya xəta kodu göstərir? Ustamız diaqnostika aparır, nasazlığı aradan qaldırır, lazım olsa freon doldurur və təmizləyir.
Servisimizin üstünlükləri
Təmir ediyimiz avadanlıqlara 6 aya-dək yazılı zəmanət təqdim edirik
İstilik, soyutma və məişət texnikası üzrə 12 illik peşəkar servis təcrübəsi
Təcrübəli ustalarımız ilə həftənin 7 günü xidmətinizdəyik
Kondisioner soyutmursa, su axıdırsa, səs-küylə işləyirsə, pis qoxu verirsə və ya ekranda xəta kodu görünürsə, cihazın təmirə ehtiyacı var. Vaxtında aradan qaldırılmayan kiçik nasazlıq kompressor və ya ana kart kimi bahalı hissələrin sıradan çıxmasına səbəb ola bilər. SmartService ustaları bütün markaların divar, kasset, kanal və döşəmə tipli kondisionerlərini təmir edir.
Kondisioner təmiri zamanı görülən işlər
Diaqnostika və xəta kodunun oxunması
Usta cihazın elektrik hissəsini, sensorlarını və sistemdəki təzyiqi yoxlayır, xəta kodunu oxuyur və nasazlığın dəqiq səbəbini müəyyən edir.
Freon sızmasının aşkarlanması və freon doldurulması
Kondisioner zəif soyudursa, səbəb çox vaxt freon sızmasıdır. Usta sızma yerini tapıb aradan qaldırır, sistemi vakuumlayır və freonu normaya uyğun doldurur.
Kompressorun yoxlanılması və təmiri
Kompressor kondisionerin əsas hissəsidir. Kompressor işə düşmürsə, həddindən artıq qızırsa və ya səs salırsa, onun kondensatoru, releləri və sarğıları yoxlanılır, lazım olduqda kompressor dəyişdirilir.
Ana kartın (idarəetmə platasının) təmiri
Kondisioner yanmırsa, pulta reaksiya vermirsə və ya özbaşına sönürsə, problem çox vaxt idarəetmə platasında olur. Plata təmir edilir və ya orijinal ehtiyat hissəsi ilə əvəzlənir.
Fan motorlarının təmiri və dəyişdirilməsi
Daxili və xarici blokdakı fan motorları havanın dövranını təmin edir. Motor səs salırsa, zəif fırlanırsa və ya tamamilə dayanırsa, yoxlanılır, təmir edilir və ya dəyişdirilir.
Su axmasının aradan qaldırılması
Daxili blokdan su axması əsasən drenaj borusunun tıxanması və ya kondensat pompasının nasazlığı ilə bağlıdır. Drenaj xətti təmizlənir, pompa yoxlanılır və lazım olduqda dəyişdirilir.
Təmizlik və dezinfeksiya
Çirkli filtrlər, evaporator və kondensator cihazın səmərəliliyini azaldır, elektrik sərfiyyatını artırır və pis qoxuya səbəb olur. Bloklar təmizlənir və antibakterial vasitə ilə dezinfeksiya olunur.
Niyə SmartService?
- Bütün markalar üzrə təcrübəli ustalar
- Orijinal ehtiyat hissələri
- 6 aylıq yazılı zəmanət
- 7/24 texniki dəstək
Kondisioneriniz nasazdırsa, elə indi zəng edin: 050 303 90 08