Şərtlərİmİz
Çatdırılma, dəyişdirmə və geri qaytarılma şərtləri
- Çatdırılma üçün şərtlər:
- Məhsullar 2-3 gün ərzində sifarişçiyə çatdırılır.
- Əgər məhsul hər hansısa səbəbə görə gecikirsə, sifarişçiyə məhsulun çatdırılacağı müddət ərzində məlumat veriləcəkdir. Bu zaman sifariş sifarişçi tərəfindən yerinə yetirilə bilməz.
- Çatdırılma həftənin 7 günü, saat 9:00-dan 19:00-dək aparılır.
- Çatdırılma ödənişsiz şəkildə həyata keçirilir.
- Dəyişdirilmə şərtləri:
- Alıcıya göndərilən məhsulun ölçüsü kiçik və ya böyük olduqda, dəyişdirilib həmin ölçüdə məhsul verilir.
- Alıcı yalnız ilk sifariş etdiyi məhsulla sifariş verdiyi məhsulu əvəz edə bilər.
- Məhsulun ölçüləri ilə bağlı problem yaranarsa, alıcıya 10 gün müddətində məlumat verilir və 14-25 gündən sonra alıcıya yeni ölçülü məhsul verilir.
Qeyd 1: Smartservice.az alıcıya məhsulu bir dəfə dəyişmək imkanı verir. Dəyişiklikdən sonra problem yaranarsa, smartservis heç bir məsuliyyət daşımır.
Qeyd 2: Smartservice dəyişdirildikdə və ya geri alındıqda dəqiq vaxtı müəyyən etmək hüququna malikdir.
- Qaytarılma şərtləri:
- Sifariş alıcıya çatdırılarkən məhsulda hər hansı qüsur aşkar edilərsə, məhsul geri qaytarıla bilər.
- Alıcıya əyani şəkildə təqdim edilən məhsulla ona təhvil verilən məhsul arasında xarici görünüş fərqi olarsa, məhsul geri qaytarıla bilər.
Qaytarılmanın mümkün olmadığı hallar aşağıdakılardır:
- Məhsul istifadə edildikdən sonra onu qaytarmaq olmaz.
- Alıcıya göndərilən məhsulun forması ilə xarici görünüşünə görə heç bir fərq yoxdursa, alıcı məhsulun ona uyğun olmadığını, məhsulun özünə uyğun olmadığını iddia edərək, məhsulu geri qaytara bilməz.
- Operatora, gösdərilən müddət ərzində məhsulda hər hansısa bir nasazlıq olduğu barədə əvvəlcədən məlumat verilməzsə həmin məhsulun qaytarılması mümkün olmaz, çünki artıq həmin məhsuldan istifadə olunmuşdur.
- Məhsulun ölçüsü böyük və ya kiçik olduğu üçün ondan imtina etmək mümkün deyil. Dəyişdirilə bilər.
- Məhsulun geri qaytarılması 1-3 gün çəkə bilər.
- Məhsul alıcıya çatdırılma formasında təqdim olunduqda, məhsullardan hər hansı birində qüsur olarsa, alıcı yalnız qüsurlu məhsulu qaytara və ya dəyişdirə bilər. Bütöv şəkildə qaytarılması mümkün deyil.
- Alıcı məhsulda hər hansı qüsur olduğunu iddia edərək sonradan ləğvi tələb edə bilməz. Bu halda alıcının məhsulu dəyişmək hüququ var.
- Məhsulun alıcıya çatdırıldığını göstərən çek olmadan məhsul geri qaytarıla və ya dəyişdirilə bilməz.
- İstifadə qaydalarına əməl edilmədiyi üçün məhsulda problem yaranarsa, müştəri ondan imtina edə və ya dəyişdirə bilməz.
- Dəyişdirilmə və geri qaytarma yalnız məhsulun alıcıya verildiyi gün daxil olmaqla 14 gün ərzində edilə bilər.