Zəmanət şərləri

Aldığınız məhsulun quraşdırılması və istifadəsi üçün mütləq “Smart Servis" müraciət etməyiniz məsləhət görülür. Əks halda düzgün olmayan quraşdırılmalar sizi pulsuz servis xidmətindən məhrum edə bilər. Servis mərkəzinə müraciət etmədən öncə istifadə qaydalarını oxuyun. 

ZƏMANƏT - təqdim olunan dövrdə sıradan çıxmış ehtiyat hissəsinin pulsuz şəkildə yenisi ilə əvəz olunması deməkdir.

ZƏMANƏT - şərtləri ilə satılan məhsullar nasazlıq yarandığı halda satış tarixindən 14 (on dörd) gün ərzində dəyişdirilə və ya qaytarıla bilər. Bu tarixdən sonra müştəri məhsulun dəyişdirilməsini tələb edə bilməz.

ZƏMANƏT - məhsulun satış tarixi günündən başlayır.

Zəmanət müddətində təmir işlərinin servis məntəqələrində aparılması daha məqsədə uyğundur.

Zəmanət müddətində servis mərkəzinə, müraciət olunan tarixdən etibarən ən gec 3 (üç) gün ərzində xidmət göstərilir.

Təmir məqsədi ilə Servis məntəqəsinə qəbul edilən məhsul 14 (on dörd) iş günü müddətində müştəriyə təhvil verilməlidir. (İstisna hallar xaric: sifariş olunan ehtiyat hissəsinin gecikməsi, fors major hallar). 

Zəmanət müddəti bitmiş məhsula “Smart Servis “ tərəfindən xidmət göstərilərsə əlavə 6 (altı) ay zəmanət verilir. Bunun üçün servis çekini tələb edin.

Zəmanət talonundakı nömrə silinərsə, cırılarsa və yaxud hər hansı bir yazı dəyişikliyi edilərsə zəmanət etibarsız sayılır.

ZƏMANƏT ŞƏRTLƏRİNƏ AİDDİR:

  • İrihəcmli məişət texnikalarının (soyuducu, paltaryuyan, qabyuyan, paltarqurudan, qaz peçləri, soba, bişirmə paneli, aspirator, televizor, dondurucu, kondisioner, elektrikli və qazlı su qızdırıcısı, kombi) 1 (bir) illik zəmanəti. Televizor panellərinin zəmanət müddəti 18 (on səkkiz) aydır.
  • Məhsulda yerləşən hissələrin (istifadə qaydalarına riayət olunduğu, lazımı parametrlərin düzgün təmin edildiyi halda) sıradan çıxanlarının yenisi ilə əvəz olunması.
  • Təmir məqsədi ilə məhsulun (iri həcmli) servis məntəqəsinə gətirilməsi və geri qaytarılması.
  • 1 (bir) dəfə pulsuz montaj və istifadə qaydalarının izahı.
  • Kiçik həcmli məişət texnikalarının (Kiçik mətbəx əşyaları, kiçik elektronik əşyalar, elektrikli qızdırıcı, fotoaparat və kamera, ütü, tozsoran, xüsusi baxım alətləri) 1 (bir) illik zəmanəti.

ZƏMANƏT ŞƏRTLƏRİNƏ AİD DEYİL:

  1. İstismar qaydalarına riayət edilməzsə yaranan nasazlıqlar
  2. Mexaniki zədələnmələr
  3. Periodik təmizləmələr (kondisionerlərin yuyulması, yuyucuların nasos və filtrlərinin təmizlənməsi, soyuducuların təmizlənməsi, audio və video başlıqların təmizlənməsi və s.)
  4. Məsafədən idarəetmə pultları və akkumulyator batareyaları
  5. Yanıcı məhsullarda boya saralmaları və boya atmaları
  6. Şüşə və plastik hissələrin mexaniki zədələnmələri və qırılmaları
  7. Rütubətin normadan yuxarı olmasından yaranan paslanma və elektronik nasazlıqlar
  8. Elektrik, su, qaz parametrlərinin normadan kənara çıxması nəticəsində yaranan nasazlıqlar
  9. Məhsulda servis mərkəzinin xəbəri olmadan istehsalçı konstruksiyasının dəyişdirilməsi, kabel sisteminə calaq verilməsi
  10. Kənar şəxslərin müdaxiləsi nəticəsində yaranan nasazlıqlar
  11. Təbii fəlakət nəticəsində yaranan nasazlıqlar
  12. Məhsulun daxilinə kənar cisimlərin, həşəratların və ya maddələrin düşməsi nəticəsində yaranan nasazlıqlar
  13. Müştərinin təkidi ilə düzgün və istifadəyə uyğun olmayan yerdən quraşdırmalar nəticəsində yaranan nasazlıqlar