AEG paltaryuyan təmiri
AEG paltaryuyan təmiri və servisi Bakıda – təcrübəli paltaryuyan ustası, zəmanətlə
SmartService Bakıda AEG paltaryuyan maşınlarının təmirini və servisini həyata keçirir. Təcrübəli ustalarımız modelindən asılı olmayaraq nasazlığı ünvanda müəyyən edir, aradan qaldırır və görülən işə zəmanət verir.
AEG paltaryuyanın ən çox rast gəlinən nasazlıqları
Maşın su yığmırsa, suyu boşaltmırsa, sıxmırsa, qapısı açılmırsa, su sızdırırsa və ya titrəyiş və səs-küy yaradırsa, vaxt itirmədən SmartService-ə müraciət edin. AEG cihazlarında çox vaxt qapı kilidinin, pompanın və qızdırıcının (TEN-in) nasazlığı ilə rastlaşırıq. Ustamız əvvəlcə diaqnostika aparır, səbəbi dəqiqləşdirir və sonra təmirə başlayır.
Servis xidməti və orijinal ehtiyat hissələri
Servis zamanı filtr və drenaj xətti təmizlənir, ərp təmizlənir, plata yoxlanılır və köhnəlmiş hissələr yenisi ilə əvəz olunur. Lazım gəldikdə AEG üçün uyğun orijinal ehtiyat hissələri istifadə edilir. Vaxtında aparılan servis cihazın ömrünü uzadır və baha təmirin qarşısını alır.
Bakıda AEG ustasını çağırın
Bakı və ətraf ərazilərdə ustamızı evinizə çağıra bilərsiniz. Təmir yerində aparılır, işə zəmanət verilir.
Elə indi SmartService-ə zəng edin və AEG paltaryuyanınız üçün ustamızı ünvanınıza dəvət edin!
Tez-tez verilən suallar
AEG paltaryuyan təmiri Bakıda nə qədər vaxt aparır?
Sadə nasazlıqlar çox vaxt ustamızın ilk gəlişində, yerində aradan qaldırılır. Ehtiyat hissəsi sifariş etmək və ya cihazı servis mərkəzinə aparmaq lazım olarsa, müddət uzana bilər.
AEG paltaryuyan su yığmırsa nə etməli?
Əvvəlcə su kranının açıq olduğunu və su giriş filtrinin tıxanmadığını yoxlayın. Problem qalırsa, cihazdan istifadəni dayandırın və ustamızı çağırın. Səbəb su giriş klapanı, su səviyyə datçiki və ya plata ola bilər.
AEG paltaryuyan üçün ehtiyat hissələri varmı?
Bəli, lazım olduqda AEG üçün uyğun orijinal ehtiyat hissələri, o cümlədən pompa, qızdırıcı, qapı kilidi, qapı rezini və digər hissələr dəyişdirilir.
AEG paltaryuyan təmirinə zəmanət verilirmi?
Bəli, görülən işə və dəyişdirilən hissələrə zəmanət verilir. Zəmanət şərtləri ustamız tərəfindən işə başlamazdan əvvəl izah olunur.
Diaqnostika ödənişlidirmi?
Ustamız nasazlığın səbəbini yerində müəyyən edir. Təmir bizim servisimiz tərəfindən aparılarsa, diaqnostika üçün ayrıca ödəniş tutulmur. Əgər təmirdən imtina edilərsə, 20 AZN xidmət haqqı tələb olunur.
Ehtiyyat hissələri
AEG paltaryuyan ustası lazımdır?
Problemi WhatsApp-dan yazın — operatorumuz sorğunuzu cavablandırıb texnikanızın təmiri üçün təcrübəli ustamıza yönləndirəcək.